Ayşən Xəlilova 1999-2005ci illərdə Azərbaycan Dövlət Tibb universitetinin müalicə işi fakultəsində təhsil alıb. 2006-cı il 4 saylı Əfəndiyev adına xəstəxanada internaturada təhsil alıb. 2013-cü ildə Marmara egitim araşdırma xəstəxanasında gözləmçi doktor olaraq çalışıb. 2014-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərində OTT adına akuşer ginekologiya institutunda endokrin -qinekologiya üzrə təkmilləşmə kursunun iştirakçısı olub. Bundan başqa çoxsaylı beynəlxalq və yerli kurs və konfraslarda aktiv iştirak edərək ixtisası ilə bağlı daha da təkmilləşmişdır.
2006-2007-ci ildə Medilux klinikasında, 2006-2022 illərdə 18 saylı BŞX-da, paralel olaraq, 2013-2018 tarixlərində Oksigen klinikasında, 2018-2019 cu illərdə Memorial klinikasinda işləyib, 2019-cu ildən isə Modern Hospitalda həkim-endokrinoloq olaraq fəaliyyətini davam etdirir. Ailəlidir, 3 övladı var.