Ünvan
250 Main Street, New York
Bizə zəng edin
+ (12) 123 - 556 - 7890
Bizə Mesaj Göndərin
[email protected]
İş saatları
Mon - Friday: 8AM - 5PM
Theme Image

Bu dəfə bir çox xroniki endokrin xəstəliklərə qapı olan bir sindromdan- Metobolik sindromdan danışacağam.  Metobolik sindrom 21-ci əsrin pandemiyası hesab olunur.  Bu zaman bütün həyati vacib orqanlar- böyrəklər, ürək əzələsi, qaraciyər, damar divarı zədələnə bilir.  Vaxtında və düzgün qoyulmuş diaqnoz və təyin olunmuş müalicə zamanı yaranmış dəyişikliklərin geri dönməsinə səbəb ola bilər. Əks halda metabolik sindrom ateroskleroz və şəkərli diabet kimi ağır nəticələnən xroniki xəstəliklərə saəbəb olacaq.

Yaxşı. Bəs metabolik sindrom nədir? Bu visseral piy  ( yəni daxili orqanları örtən piy qatı) qatının qalınlaşması, qanda insulininin artaraq, piy, karbohidrat və zülal mübadiləsinin pozulması və arterial təzyiqin artmasına gətirən bir xəstəlik halıdır. Əsas əlaməti- bel dairəsinin qadınlarda 80 sm-dən, kişilərdə 94 sm-dən çox olmasıdır.

Əlavə olaraq əlamətlərinə:

  • Arterial təzyiqin 140/90-dan yuxarı olması
  • Qanda triqliseridlərin 1.7 mmol/l-dən çox olması
  • Qanda “yaxşı” xolesterinlərin azalması, əksinə “pis” xolesterinlərin artması
  • Aclıq qan şəkərlərinin artması

Bu mövzu geniş olduğuna görə növbəti məqalələrdə davam edecəyik.  Hələlik suallarınızı rəylərinizdə qeyd edə bilərsiniz.