Pasientlərimizin həkimə müraciət etmə səbəblərindən biri də ödemlərdir. Xüsusən də. Ödemlərin yaranması. ən çox qadınlarımızı narahat edir, sağlıq problemləri ilə yanaşı kosmetik problemlər də yaradır. Ödem sindromu bir çox səbəblərdən yarana bilər. Ən çox rast gəlinən xəstəliklərdən aşağıdakılardır.
- Ürək xəstəlikləri. Bu zaman yaranan ödemlər adətən simmetrik olur və bədən vəziyyətindən asılı olaraq dəyişilir. Məsələn oturaq vəziyyətdə əsasən beldə , ayaqüstə olanda isə ayaqlarda görünür.
- Böyrək xəstəlikləri. Ödemlər adətən kövşək toxumanın daha çox olduğu nahiyələrdə olur- üzdə, göz qapaqlarında, qarnın ön divarında, cinsiyyət orqanları nahiyəsində
- Venoz qan cərəyanının pozulması. Adətən 40 yaşdan yuxarı qadınlarda müşahidə olunur, ödemlər tədricən artır
- Qaraciyər xəstəlikləri- qaraciyər funksiyasının pozulması nəticəsində zülalın miqdarının azalması ödemlərin yaranmasına səbəb olur.
- Oynaq xəstəliklərində- bu zaman ödemlər zədələnmiş. Oynağın lokalizasiyasında müşahidə olunur.
- Aybaşı öncəsi siklik ödemlər- bunlar fizioloji hesab olunaraq, hormon miqdarlarının aybaşı sikli dövründə siklik dəyişikliyinə əsaslanır. Adətən aybaşı olduqdan sonra keçir.
- Limfostaz- birincili filayaqlılıq- limfa damarlarının defekti ilə əlaqədar yaranır
- Tireoid xəstliklərinə bağlı ödemlər- adətən hipotireoz, yəni tənbəl zob zamanı müşahidə olunur.
- Zülalsız ödemlər- Adətən aclıq, üzülmə, uzun müddət qeyri düzgün dietlər, həzm funksiyasının pozulması nəticəsində yarana bilər.
Ona görə də səbəblər aydınlaşdırılması üçün həkimə zamanında müraciət etmənizdə fayda var.