Həkimə müraciət etmisiniz və sual yaranır ki, məndə şəkərli diabet yox, prediabet deyilirsə, bunun nə olduğunu bilirsinizmi?
Əgər bir şəxsdə qan şəkəri normadan bir qədər yüksəkdirsə, ancaq bu hələ şəxsə şəkərli diabetli pasientsiniz deməyə imkan vermirsə, bu halda bu şəxsə prediabet, yəni gizlin şəkərli diabetli xəstə deyilir.
Aparılan tədqiqatardan məlumdur ki, pre diabetli xəstələrin 11%-də şəkərli diabet yaranmışdır. Bəzi araşdırmalarda isə prediabetli pasientlərdə 10 il ərzində şəkərli diabet yaranması aşkarlanmışdır. Yəni prediabetli pasientlər Tip 2 şəkərli diabetli xəstə namizədlik halıdır.
Prediabetli pasientlərdə ürək-damar xəstəlikləri riski, üan şəkərləri normal olan insanlara nisbətən 1.5 dəfə daha çoxdur. Şəkərli diabetli pasientlərdə isə bu risk 2-4 dəfə çoxdur. Prediabetli pasientlər yaşam təerzi dəyişiklikləri etməklə 58% hallarda şəkərli diabetin qarşısını ala bilər və ya gecikdirə bilər.
Prediabeti aşkarlamaq üçün pasientlərdə aclıq qan şəkərləri və ogtt testləri aprılır. Normada aclıq qan şəkəri. Sağlam insanlarda 100 mg/dl-dən aşağı olmalıdır. Qan şəkərlərinin 100-126 mg/dl olması Predaibet sayılır.
Əgər sizdə prediabet diaqnozu təsdiqlənnməyibsə, onda 3 ildən bir endokrinoloq müayinəsinə gedib, yenidən testlər təkrarlanmalıdır. Prediabet diaqnozu qoyulubsa, şəkərli diabetin diaqnozu üçün hər 1-2 ildə bir endokrinoloq müayinəsindən keçməyiniz lazımdır.