Ünvan
250 Main Street, New York
Bizə zəng edin
+ (12) 123 - 556 - 7890
Bizə Mesaj Göndərin
[email protected]
İş saatları
Mon - Friday: 8AM - 5PM
Theme Image

Gununuz uğurlu olsun. Maarifləndirici məqalələrimi davam etdirmək adına bu dəfə qadınlarımızın çox eşitdiyi progesteron hormonu haqda qısa da olsa məlumat vermək istəyirəm. 

Progesteron- qadın orqanizmini hamiləliyə hazırlayan hormondur. O, yumurtalıqlarda sarı cisim tərəfindən ifraz olunur. Hər aybaşı sikli zamanı uşaqlığın divarı esterogen adlanan digər yumurtalıq hormonunun təsiri ilə qalınlaşır. Ovulyasiya (yumurtlama) baş verəndən sonra partlamış yumurta hüceyrənin yerində sarı cisim yaranır ki, bu da uşaqlığı döllənmə baş verərsə, embrionun qəbuluna hazırlayır. Əgər döllənmə baş verməsə, sarı cisim itir, progesteron qanda azalmağa başlayır və aybaşı yaranır. Ancaq mayalanmış yumurta hüceyrə uşaqlıq divarına yapışsa, sarı cisim progesteron ifrazını artrmağa başlayır. Bu bir neçə həftədədn sonra cift yaranana qədər progesteron ifrazı üçün kifayət edir.

Bəs hansı digər hallarda, progesteronun ARTMASI müşahidə oluna bilər:

  • Yumurtalıq sistləri
  • Patoloji hamiləlik
  • Yumurtalıqların nadir şişləri
  • Böyrəküstüvəzin anadangəlmə hiperplaziyası

Aşağıdakı hallarda isə progesteron azlığı ilə qarşılaşa bilərik:

  • Hamiləliyin gec dönəmində rast gəlinən toksikoz
  • Yumurtalıqların funksional aktivliyinin azalması
  • Aybaşının olmaması
  • Uşaqlıqdan kənar hamiləlik
  • Düşük təhlükəsi

Gördüyünüz kimi hormonal sistem orqanizmin idarəedici sistemlərindən, mərkəzi sinir sistemindən sonra ən başlıcasıdır. Və bu zaman yaranan pozğunluqlar bir çox orqan funksiyalarına təsir edə bilər. Güman edirəm ki, məqalələri sona qədər oxuyursunuz. Bu sizə vaxtında və düzgün həkimə yönəlmənizə yardımçı olacaq.

Hər zaman sağlam qalmaq diləyim ilə dr. Ayşən Xəlilova