Salam dəyərli izləyicilərim. Çoxları hələ də bilmirlər ki, əgər saç tökülmədən əziyyət çəkirlərsə, bu zaman endokrinoloqlar onlara kömək edə bilərlər.
Əvvəlcə saç tökülmənin səbəbləri haqda olan bəzi fikirlər haqda danışaq. Beləliklə:
- Normada gün ərzində 50-150 saç tökülə və bir o qədər də çıxa bilər. Ancaq bu rəqəm dəyişkəndir, fərdidir, bu mövsümdən, qidalanma rejimi və keyfiyyətindən asılı olaraq dəyişə bilər.
- Həü gün saçların yuylması saç tökülməyə GƏTİRMİR. Sadəcə baş dərinizin tipinə uyğun şampun seçməniz önəmlidir.
- Qadınlarda saç tökülmənin əsas səbəbləri-
- Aybaşı zamanı çox qanitirmə ilə və ya başqa səbəblər nəticəsində yaranan dəmir azlığı
- Qalxanvari vəzinin funksiyasının pozulması ( hipotireoz)
- Zülal məhdudlaşdırılan pəhrizlərdən uzun müddət və nəzarətsiz istifadə
- Yumurtalıq və ya böyrəküstü vəzilərdən kişi cinsiyyət hormonunun həddən artıq istifadəsi
- Vit D ve kalsium defisiti
- Qalxanetrafi vezi xestelikleri
- Avitaminoz ( vitamin defisiti)
- Deri xestelikleri ( dermatoloq konsultasiyasi mutleqdir)
- Bahalı kosmetik vasitələr saç tökülməni AZALTMIR. Sadəcə çalışmaq lazımdır ki, orqanizm qida ilə lazımi vitamin və mikroelementləri qəbul etsin.
- Bəzi saç düzümləri və çox sıx yığılmış saç düzümləri saç tökülməni ARTIRA bilər.
- Tez-tez saç qurutma fenindən istifadə saçtökülməni YOX, onun quruyaraq qırılğanlığını artırır.
- Tez-tez saç boyanması zamanı, boya saça təsir etdiyindən saçın keyfiyyəti azalır, boyalar tük follikuluna TƏSİR ETMİR.
Ona görə də əgər siz də saç tökülmədən əziyyət çəkirsinizsə, mütləq endokrinoloqa müraciət etməlisiniz. Çünki, 1-ci bu, hər hansı hormonal problemin xəbərvericisi ola bilər.
2-ci düzgün diaqnozun qoyulması orqanizminizi və baş dərinizi, həmçinin büdcənizi lazımsız kimyəvi və kosmetik vasitələrdən qoruyar.
Hər kəsə sağlam olmaq diləyimllə dr.Ayşən Xəlilova