Ünvan
250 Main Street, New York
Bizə zəng edin
+ (12) 123 - 556 - 7890
Bizə Mesaj Göndərin
[email protected]
İş saatları
Mon - Friday: 8AM - 5PM
Theme Image

Şəkərli diabet və yaddaş funksiyası sıx əlaqəlidir.  Nə zaman pasientdə yaddaş pozğunluğunun olduğunu deyə bilərik-

  • Əgər insan hər hansı vacib hadisəni unudursa
  • Yaxın zamanda etdiyi əsas işi unudursa
  • Yaxınlarının adlarını unudursa
  • Əşyaları haraya qoyduğunu unudursa

Bu artıq ciddi əlamət ola bilər.

Şəkərli diabetli pasientlərdə yaddaşın pozulması bir çox səbəblərdə ola bilər. Niyə? 

Ba. Beynin bütün funksiyaları siqnalın bir sinir hüceyrəsindən digərinə ötürülməsindən asılıdır. Onun üçün də beyinə enerji lazımdır və bu enerji məqsədilə byin qlukozanı istifadə edir. Ona görə də əgər şəkərli diabetli pasientlərdə qanda şəkərin səviyyəsi çox yüksək ( hiperqlikemiya) və ya çox aşağı düşdükdə ( hipoqlikemiya) beynin funksiyası pozulur.

Əgər şəkərli diabetli pasientin qan şəkərləri sutka ərzində normallaşmırsa,  sinir siqnallarının beyin huceyrələrini arasında ötürülməsi şəkərli dibetin tipindən asılı olmayaraq daima pozulmuş olacaqdır. Uzun müddətli  qan şəkəri yüksəlmələri baş beyin sinirlərinin zədələnməsinə səbəb olur və demensiya ilə gedən xəstəliklərin yaranma tezliyinin artmasına səbəb olur.  Demensiya dedikdə,  beynin düşünmə funksiyasınn pozulması,  yaddaşın pozulması,  reaksiyalara həssaslıq qabiliyyətunin pozulması və s.nəzərdə tutulur. Pasientlərin həyat hekayələrini dinləyərkən. Aydın olur ki,  hipoqlikemiyalar ( kəskin şəkər düşmələr) olan psientlər,  daha çox qısamüddətli yaddaş pozğunluqları ilə rastlaşırlar.

 Yaddaşda problemlər yaranmaması üçün hər diabet pasienti nə etməlidir.

  1.  Qan şəkərlərini requlyar olaraq ölçün və qeyd edin,  ehtiyac olabn təqdirdə həkiminizlə əlaqə saxlayın.
  2. Oxuyun.  Tədqiqatlar göstərir ki,  daima oxuyub öyrənmə beyin hüceyrlərinin yenilənməsinə səbəb olur. Ona görə də. Yaddaş problemləri daim öz üzərində işləyən insanlarda daha az olur.
  3. Digər insanlarla əlaqələr qurun.  Belə ki,  tədqiqztçılar göstərib ki,  izolyasiyada yaşayan insanlarda sinir sistemi funksiyaları zəifləmiş olur.
  4. Təkrar biliyin anasıdır. Daima görəcəyiniz işləri  və ya öyrəndiyiniz materialı dəfələrlə təkrarlayın.
  5. Həyat rutininizi təşkil etməyi öyrənin.  Vacib günləri,  gündəlik gördüyünüz işləri təqvimdə qeyd edin və təqvimə uymağa çalışın.
  6.  23.00-dan gec olmayaraq kəsintisiz 7-8 saat yuxu yatmağa çalışın. 
  7. Sağlam qidalanın.  Sağlam qidalandıqca,  sinir hüceyələrinin enerji təminatını düzgün həyata keçməyinə səbəb olacaqsınız.
  8. Fiziki aktiv olun.  Fiziki aktivlik qanda şəkər,  xolesterin,  triqliserid səviyyəsinin normallaşmasına və demensiyadan qorunmağa səbəb olur.
  9. Siqaret və içkidən,  həmçinin digər zərərli vərdişlərdə uzaq durun.