Son zamanlar pasientlərimdən və səhifəmizin izləyicilərindənşəkərsiz diabetlə əlaqəli bir çox suallar ilə qarşılaşıram. Əslində məni sevindirir ki, insanlarımız məqaləlirimizi oxuyurlar və onlarda müxtəlif suallar yaranır. Beləliklə, bu dəfə sizə şəkərsiz diabet haqda danışmaq istəyirəm.
Şəkərsiz diabet, beyin əsasında yerləşən hipotalamus adlanan əsas vəzidən antidiuretik hormonun yetərli miqdarda istehsal ounmaması nəticəsində yaranır. Bu hormonun funksiyası, böyrəklərdən suyun tutulmasına yardım göstərərək, həddindən artıq xaric olmasını önləməkdən ibarətdir. Bu hormonun olmaması və ya çatışmazlığı zamanı, sidik yolları ilə həddindən artıq su itkisinə səbəb olar. Bir şəkərsiz diabet xəstəsi gündə 20 -40 litrə yaxın sidik ifraz edir. Əgər bu qədər su itkisinə görə bədən uyğun miqdarda su qəbul etməzsə, orqanizmin kəskin susuzlaşma halı, geridönməz ağırlaşmalarla müşayiət olunar.
Əlamətləri:Susuzluq duyğusu və çox miqdarda su içmə istəyi ( polidipsiya) ən əsas şikayətləördəndir. Daima, hətta gecələr belə su içmə istəyi və tez-tez sidiyə getmə yanaşı olaraq insanın həyat keyfiyyətini pozur, gecə yuxusuzluğuna, yorğunluq və halsızlığa səbəb olur.
Son zamanlar şəkərsiz diabetin iki növü ayırd olunur. Bunlardan biri antidiuretik hormonun əksikliyindən, digəri isə böyrəklərin mövcud hormona qarşı həssasiyyətinin olmamasından qaynaqlanır. Əksər qism xəstələrdə müayinə zamanı birinci səbəb aşkarlanır. Ona görə də pasient həm hormonal, həm sidik, həm də beyin görüntüləməsi müayinələrindən keçirilir.
Əlbəttə, çox sidiyə çıxan hər kəsdə şəkərsiz diabet var demək qətiyyən düzgün deyil. Şəkərli diabet, xronik böyrək xəstəlikləri, bəzi ruhi xəstəliklərdə də artıq sidik ifrazı və ona bağlı olaraq da həddən artıq su içmə duyğusu ola bilər. Ona görə də, yuxarıdaskı şikayətlərin mövcudluğu hallarında öncə müayinə, düzgün diaqnoz, artıq bundan sonra müalicə önəmlidir.
Daha çox verilən sual isə, əgər şəkərsiz diabet xəstəsi az su içərsə, daha az sidiyə gedə bilərmi sualıdır. Xeyr. Sidiklə orqanizmdən su itkisi onsuz da davam edəcək. Ancaq uyğun miqdarda suyun qəbul olunmaması, ciddi ağırlaşmalarla özünü göstərər. Baş ağrısı, çəki itirilməsi, narahatlıq, qızdırma, qeyri- iradi hücum xarakterli davranışlar, qan dövranı sistemində geri-dönməz ağırlaşmalar müşahidə oluna bilər. Ruhi poozğunluğu olan insanlarda şəkərsiz diabet in olması çox təhlükəlidir. Çünki, belə insanlar susuzluq duyğusunu bilmədən lazımi miqdarda su içməyə bilməzlər və bu da ciddi hallarda ölümlə belə müşayiət oluna bilər.
Hər zaman sağlam olmaq diləyi ilə dr. Ayşən Xəlilova