Ünvan
250 Main Street, New York
Bizə zəng edin
+ (12) 123 - 556 - 7890
Bizə Mesaj Göndərin
[email protected]
İş saatları
Mon - Friday: 8AM - 5PM
Theme Image

Siqaret və alkohol, daima şəkərli diabetli pasientlərimə izah etdiyim və bacardıqca tez tərgitməli olduqları zərərli vərdişlərdir. Bu günkü məqaləmdə sizə niyə bu qədər israrlı olduğumu izah etməyə çalışacağam.  Ümüm edirəm, suallarınıza cavab tapacaqsınız. Beləliklə

Şəkərli diabetli pasientlərdə siqaret ( tütün) istifadəsi nəyə səbəb olur.

  • Böyrək funksiyası pozğunluqları, gözlərdə yaranan damar zədəlnmələri, xroniki bronxit,  ürək-damar xəstəlikləri, o cümlədən miokard infarktı), cinsi problemlər, ağciyər xərçəngi yaranma riski diabeti olmayanlara nisbətən daha çoxdur. Həmçinin sigaret çəkmək diabetli insanların qrip kimi kəskin respirator virus xəstəliklərinə meyilliyini artırır,  təzyiqin yüksəlməsinə səbəb olur,  ayaqda yaranan yara və infeksiyanın sağalmasını gecikdirir.
  • Sigaretdəki nikotin damarları büzərək ( spazm) periferiyada,  yəni bədənin ən uc nöqtələrində qan dövranını pisləşdirir və bu da onlarda siqaret çəkməyən pasientlərə nisbətən daha tez diabetik ayaq yaralarınının yaranması və onların pis sağalmasına,  müalicəyə tabe olmayaraq bu pasientlərdə amputasiyaların artmasına gətirir.  Həmçinin dəri damarlarında yaranan spazm insulin istifade edən pasientlərdə insullinin qana sorulmasini ləngidir,  bu da qan şəkərlərinin kontrolu pisləşdirir. Həmçinin nikotin insulinin qan şəkərlərini azaltma effektinin de zəiflədir.

Şəkərli diabetli pasientlərdə alkohol istifadəsi bəs niyə məsləhət deyil

  • Alkohol qaraciyər fermentlərinin alkoholun parçalanmasına sərf edilməsi ilə, onun əsas işlərindən biri olan qlukoza sintezini ləngidir. Bunun nəticəsində,  alkohol istifadəsindən saatlarca sonra hipoqlikemiya ( kəskin şəkər düşməsi) riski artmış olur.
  • Alkohol istifade eden şəxs yetərincə aydın düşünə bilmir,  və yaranmış hipoqlikemiya vəziyyətinin ciddiliyini yetərincə anlaya bilmir ki,  bu zaman özünə yardım göstərə bilmir. Hipoqlikemiya ( şəkər düşməsi) dərinləşdikcə isə miokard infarktı,  beyin insultu kimi ciddi fəsadlarin yaranma ehtimalı yukselmis olur.
  • Bəzi alkohollu içkilərin tərkibində şəkər də olur. Bu da ilk öncə qanda şəkərin kəskin yüksəlməsinə,  sonra isə alkoholun təsiri ilə kəskin enməsinə səbəb olur. Qan şəkəri səviyyələrindəki bu kəskin oynamalar pasientdə ciddi fəsadlara yol aça bilər.
  • Requlyar olaraq alkohol istifadə edən diabetli pasientlərdə qaraciyər sirrozunun yaranma riski,  istifade etməyənlərə nisbətətn qat- qat çoxdur.

Dəyərli pasientlərim,  şəkərli diabet onsuz da özü ciddi, bir çox ağır fəsadlar səbəb olacaq bir xəstəlikdir.  Bu zərərli vərdişlərinizi tərgidərək özünüzə daha rahat yaşamı təmin edin. Özünüzə bu yaxşılığı etməyin tam zamanıdır ))