Testesteron əsasən kişi cinsi hormonu hesab ediosə də, ancaq müəyyən qədər qadın orqanizmində də az miqdarda böyrəküstü vəzilər və yumurtalıqlar tərəfindən ifraz olunur. Onun istər qadın, istərsə də kişi orqanizmində vacib funksiyaları vardır.
Hansı hallarda qadınlarda endokrinoloqlar və ginekoloqlar tərəfindən testesteron müayinəsi təyin olunur-
- Digər cinsi hormonların müayinəsi zamanı kompleks şəklində
- Təkrarlanan düşüklər zamanı
- Qadınlarda aşırı tüklənmə (Hirsutizm)
- Polikistoz yumurtalpıqlar sindromu
- Saçtökülmələr, irinli sızanaqlar
- Ginekoloji xəstəliklər ( uşaqlpığın mioması, endemetrioz, uşaqlığın hipoplaziyası)
- Süüd vəzi xəstəliklərində
Müayinəyə necə hazırlanmaq lazımdır-
Müayinə 8-14 saatlıq gecə aclığından sonra səhər saat 11- ə qədər, venoz qanda yoxlanılır. Müayinədən 1 sutka öncə fiziki və emosional yüklənməni, alkohol və yağlı qida qəbulunu istisna etmək lazımdır. Müayinədən heç olmasa 1 saat öncə siqaretdən də imtina etmək lazımdır.
Qadınlarda testesteron aybaşı siklinin 2-4-cü günündən gec olmayaraq yoxlanılması tövsiyyə olunur.
Bir sıra preparatların qəbulu, xüsusən hormonal ( qlukokortikosteroidlərin, kontraseptivlərin), şiş əleyhinə preparatların, sitostatiklərin qəbulu müayinənin nəticələrinə təsir edə bilər.