Ünvan
250 Main Street, New York
Bizə zəng edin
+ (12) 123 - 556 - 7890
Bizə Mesaj Göndərin
[email protected]
İş saatları
Mon - Friday: 8AM - 5PM
Theme Image

Uşaqlar bizim gələcəyimizdir. Onları sağlam və xoşbəxt böyütmək hər bir valideynin borcudur. Öz balamızı sağlam böyüdərək, gələcəkdə onun da öz uşaqlarına həm genetik, həm də mənəvi sağlamlıq ötürəcəyindən heç şübhəniz olmasın. 

Piylənmənin son illərdə artışının əsas səbəbi həm böyüklərdə, həm də uşaqlarda texnologiyanın irəliləməsi ilə əlaqədar hərəkətsizliyin artmasıdır. Əvvəllər uşaqlar havada müxtəlif hərəkətli kollektiv oyunlar oynayardılarsa, hal –hazırda çox təssüf ki, uşaqlarımız boş vaxtlarının əsas hissəsini televizor, planşet və kompyuter qarşısında müxtəlif oyunlar oynamaqla və eyni zamanda fast food və ayaqüstü qidalarla qidalanmaqla keçirirlər. Bir də bu saydılarıma rejimsiz qidalanma da əlavə olunur ki, bu  da gələcəkdə uşaqlarımızda piylənmənin yaranmasına səbəb olur.

Uşaqlarda piylənmə körpəlikdən görülə bilər. Ona görə də ilk yaşlardan uşaqların boy və çəkiləri kontrol altına alınmalıdır.

Bəs onda ailələr uşaqlarını qorumaq üçün nə etməlidirlər?

Bunun üçün analar çağalıq dövründən etibarən tədbirlərini görməlidirlər.

  • Xüsusuilə ilk 6 ayına kimi yalnlız ana südü ilə qidalandırılmalıdır. 6 aydan sonra gərəkli olduqda ana südü ilə birlikdə yanaşı qidalar verilməlidir. Mütəxəssislər 2 yaşa qədər ana südü ilə qidalanan uşaqların gələcəkdə piylənmədən əziyyət çəkəcəkləri ehtimalının az olduğunu qeyd edirlər. Bu mərhələdə körpənin qidasına əlavələrin olunması rejimli və tarazılaşdırılmış olmalıdır. Analar arasında yayılan yanlış fikir isə körpənin doymadığını düşünərək ona lazım olandan artıq qaidanın verilməsidir.
  • 0-3 yaş uşağın bədən inkişafını ümumiyyətlə tamamladığı bir dövrdür. Bu zaman artıq uşağı bəlli zaman aralıqlarında süfrəyə oturdub, onda yemə vərdişlərini qazandırmaq lazımdır.
  • 3 yaşından etibarən məktəb yaşına qədər uşaqlara 3 əsas, 3 ara yeməyi olaraq rejim yaradılmalıdır. Ara yeməklərdə süd, meyvə, quru meyvələr, qoz, fındıq kimi sağlam qidaların verilməsinə çalışılmalıdır. Abur- cubur qidalardan uşaqlarımızı da uzaq tutmalıyıq.
  • Maye istifadəsinə xüsusi diqqət yetirilməlidir. Kola, qazlı işkilər, marketlərdə satılan şirələr, soyuq çaylar verilməməlidir. Yalnız su, ayran kimi ev üsulu hazırlanan içkilərdən istifadə etmək məsləhətdir. Əgər uşağınız meyvəsuyu istəsə, ona özünüzü təzə meyvələrdən çəkdiyiniz şirələr gün ərzində 1 stəkandan artıq olmayaraq verməniz məsləhətdir.
  • 3 əsas və 3 əlavə yeməyə öyrəşən uşaqların qan şəkərlərinin səviyyələri normal qaldığına görə onlarda şirin qidalara düşgünlük olmur. Yenə də əgər uşaq şirniyyat istəsə, ona südlü, meyvəli zəif şirin qidalar verilməlidir. Şirniyyat və abur-cubur qidalar kəskin olaraq verilməməlidir.
  • Yağlı və yüksək kalorili qidalar uşaqlara həftədə 1 dəfəfdən artıq olmayaraq verilməlidir. Uşaqlara ən çox süd məhsulları, paxlalılar ( mərcimək, lobya, noxud və s. )və tərəvəzli qidalara üstünlük verilməlidir.
  • Analar uşaqların yemək yeyərkən yavaş və çoxlu çeynəməklərinə diqqət etməlidirlər və özləri də bunu etməyə çalışmalıdırlar. Yeməklərini tez bitirmələri üçün uşaqları tələsdirməyin.
  • Uşaqlara kəskin pəhriz  tətbiq etməyin, sadəcə sağlıqlı qidalardan istifadə etməyə çalışın. Əgər uşaqda piylənmə olduğunu düşünürsünüzsə, onda ilk olaraq pediatrlara, ehtiyac görərlərsə, endokrinoloq və dietoloqlara müraciət edə bilərsiniz.
  • 14-15 yaşına çatmış uşaqlara düzgün rejimli, tarazı, sağlam qidalanma izah olunmalıdır
  • Əgər imkanınız varsa, övladınızı hər hansıbir idman dərnəyinə yazdırın. Ancaq buna imkan yoxdursa, onda düzənli olaraq birlikdə edə biləcəyiniz idman proqramı tərtib edin və ya həftədə 2-3 gün 30-60 dəqiqə yürüşə çıxın.

Qısacası, əgər qidalanma rejimi və vərdişlərini, qidalar arasında sağlam qidaları seçib istifadə etmə bacarığını, requlyar fiziki aktiv olmalarını övladlarınıza aşılamağı bacarsanız, gələcəkdə onların piylənmədən əziyyət çəkəcəklərinin qarşısını ala bilərsiniz.



Həmişə sağlam olmanız diləyi ilə dr. Ayşən Xəlilova