Tiroid vəzisi nədir? Tiroit vəzisi boyunda yerləşən kiçik bir vəzidir və bədənin enerji istehsalını və metabolizmini tənzimləyən hormonlar istehsal edir.
Tiroit xəstəliklərinin əsas növləri:
- Hipotireoz:Tiroid vəzisi kifayət qədər hormon istehsal etmədikdə yaranır. Bu zaman bədən funksiyaları yavaşlayır.
- Simptomlar: Yorğunluq, soyuqluğa həssaslıq, kilo artımı, quru dəri və saç tökülməsi.
- Hipertireoz:Tiroid vəzisi həddindən artıq hormon istehsal etdikdə yaranır. Bu zaman bədən funksiyaları sürətlənir.
- Simptomlar: Həddindən artıq tərləmə, ürək döyüntüsünün sürətlənməsi, arıqlama, əsəbilik və yuxusuzluq.
- Tiroid düyünləri və zob: Tiroid vəzisində düyünlər və ya böyümə (zob) baş verə bilər. Bu düyünlər bəzən hormon istehsalına və ya udqunma və nəfəs alma problemlərinə səbəb ola bilər.
- Tiroid xərçəngi: Tiroid vəzisində nadir hallarda rast gəlinən, lakin müalicəsi mümkün olan bir xərçəng növüdür.
Müalicə və nəzarət:
- Qan analizləri ilə tiroit hormonlarının səviyyəsi yoxlanmalıdır.
- Hipotireoz üçün hormon əvəzedici dərmanlar qəbul edilir.
- Hipertireoz üçün dərman müalicəsi, radioaktiv yod və ya cərrahi müdaxilə tətbiq oluna bilər.
- Zob və düyünlər üçün lazım gəldikdə cərrahi müalicə.
Tiroid xəstəlikləri düzgün diaqnoz və müalicə ilə nəzarət altında saxlanıla bilər. Həkim məsləhətinə əməl etmək vacibdir.